Nyu-Yorkda Nigeriya şiələrini himayə aksiyası keçirilib
-
Nyu-Yorkda Nigeriya şiələrini himayə aksiyası keçirilib
Amerika müsəlmanlarından olan bir qrup Nigeriyanın BMT-dəki ofisi önündə piket təşkil edərək, Nigeriya İslam Hərəkatı rəhbərinin azad edilməsini istəyib.
PressTv-nin məlumatına görə, bu aksiyada iştirak edənlər Nigeriya şiələrinin bu ölkə ordusu tərəfindən qırğın edilməsini qınayıblar.
Amerika Müsəlmanları Konqresindən Seyid İlya bu etiraz aksiyasında deyib: Nigeriyada İslam Hərəkatının olması bütün Afrika qitəsi üçün önəmlidir.
Onun dediyinə görə, Nigeriya İslam Hərəkatının rəhbəri şeyx İbrahim Zəkzaki Afrikanın ən görkəmli şəxsiyyətlərindən sayılır və Afrika xristianları üçün də ilhamverici şəxsdir.
Nigeriy aordusu bu ölkənin şimalında, Kaduna vilayətində yerləşən Zariya şəhərində Bəqiyyətullah hüseyniyəsinə hücum edərək, 500-dən çox insanı öldürüb, şeyx İbrahim Zəkzakini həbs edib.