Dek 22, 2015 11:30 Asia/Baku
  • MAQATE hələ də ABŞ-ın əlində bir vasitədir
    MAQATE hələ də ABŞ-ın əlində bir vasitədir

Tanınmış amerikalı analitik PMD işinin formalaşması prosesinə işarə edərək, deyib: Atom Enerjisi üzrə Beynəlxalq Agentlik Amerikadan "Yekun Dəyərləndirmə"də istifadə olunan və ABŞ tərəfindən təqdim edilən sənədlərin doğruluğunu sübut etməsini tələb etmək yerinə, İranı hərbi nüvə fəaliyyətlərinə malik olmaqda ittiham etmişdi.

Amerikalı analitik və jurnalist Girs Porter "Anti War" saytı üçün yazdığı məqalədə İranın nüvə fəaliyyətləri ilə bağlı olan PMD işini ABŞ və İsrailin yalanları və Yokio Amanonu bu yalan iddiaları təsdiq etməsi üçün təyin edilmiş amil adlandırıb.

Girs Perter yazır: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə fəaliyyətlərinin keçmişi ilə bağlı irəli sürülmüş iddialar və ittihamlar ilə bağlı Direktorlar Şurasının araşdırmalarına son verilməsində önəmli rola malik olan hesabatı vəziyyətin dəyişməsinə səbəb oldu. Amma, daha dəqiq araşdırmalar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın nüvə işi ilə bağlı rəftarlarının siyasi olduğuna dəlalət edir. Amanonun daim texniki və bitrəf mövqe sərgiləməsinə rəğmən, əslində Agentlik İranın nüvə işində ABŞ-ın prokuroru rolunu oynayırdı. Agentliyin bu rolu ilə bağlı ilk nişanələr 2008-ci ildə və Buş dövlətinin MAQATE-nin İranın nüvə fəaliyyətləri ilə bağlı məxfi sənədlər toplusu hazırlamasını istədiyi zaman daha da aşkar oldu. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bu qərəzli davranışı 2009-cu ildə və Yokio Amanonun agentliyin baş direktoru təyin edilməsi ilə davam etdi.

Amano bu vəzifəyə təyin edilməsindən sonra, MAQATE-də ABŞ-ın bir nömrəli himayədarına çevrildi. Çünki, Amano daha öncə Vaşinqtonun agentliyin sabiq baş katibi Əl-Bəradeiyə qarşı təzyiqlərinə dəstək verirdi.

Amanonun 2011-ci ilin noyabrında təqdim etdiyi hesabat dəqiqən Barak Obamanın Amerikada prezident seçkiləri zamanı rəqiblərini üstələmək üçün möhkəm bir dayağa ehtiyaclı olduğu zamana təsadüf etmişdi. Belə ki, Obama bu hesabatdan bir bəhanə kimi istifadə edərək, İrana qarşı "iflic edici sanksiyalar" toplusunu tətbiq etmək üçün bir sıra dəstək qazandı. O, İranı Obama hökuməti ilə əməkdaşlıq etməməkdə ittiham edərək, 2012-2015-ci illərdə İrana qarşı sanksiyaları pik həddiinə çatdırdı.

Amma, ABŞ-ın maraqlarının İrana təzyiqdən, İran ilə anlaşmaya dəyişməsi ilə Amanonun rolu da dəyişmiş oldu. Vyana müzakirələrinə yaxın olan İran rəsmilərinin dediklərinə görə, ABŞ dövlət katibi Con Kerri cari ilin başa çatmasından öncə İranın nüvə fəaliyyətlərinin ehtimal olunan hərbə cəhətləri ilə bağlı PMD işinin bağlı elan edilməsi ilə bağlı həm Amano, həm də İran ilə razılıq əldə edibmiş. Elə bu anlaşmaya əsasən Amano elə bir hesabat hazırlamış oldu ki, onun əsasında İranın nüvə fəaliyyətləri ilə bağlı PMD işinə son qoyulsun. Çünki, Amano, Vaşinqton və Təl-Əviv tərəfindən ona təqdim edilən bütün sənədlər və informasiyalara malik idi.

Teqlər