Dek 24, 2015 20:03 Asia/Baku
  • Misirdə rus təyyarəsinin süqutu amilləri aşkarlanıb
    Misirdə rus təyyarəsinin süqutu amilləri aşkarlanıb

Rusiya bu ölkə təyyarəsinin Misirdə partladılması amillərinin aşkarlanmasından xəbər verib.

Röyters-in məlumatına görə, Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov bir şəxs və ya qrupun adını çəkmədən bildirib ki, Rusiya bu ölkə təyyarəsinin Misirdə partladılması amillərini aşkarlayıbdır.

Oktyabrın 31-də baş vermiş bu hadisədə bütün 224 sərnişin həlak oldu. A321 tipli aerobus Şərmulşəyx hava limanını Sankt-Peterburqa doğru tərk etdikdən 23 dəqiqə sonra radarlardan itdi və sonra onun süqutu xəbəri elan olundu.

Bundan öncə İŞİD terror qrupu həmin hücumun məsuliyyətini üzərinə götürüb.

Teqlər