Fars Körfəzi ölkələri neftin ucuzlaşmasından 500 milyard dollar ziyana uğrayıblar
Beynəlxalq Valyuta Fondunun dəyərləndirməsinə əsasən Fars Körfəzi ətrafında yerləşən ölkələrin iqtisadiyyatı neftin qiymətində yaşanan kəskin azalmaya görə, 2015-ci ildə 500 milyard dollar ziyanla üzləşib.
Əl-Əhd informasiya portalının verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondu öz hesabatında yazır: 2015-ci il başa çatmaq üzrədir. Amma, neft istehsal edən ölkələrin dünya bazarında neftin qiyməti ilə bağlı vəziyyətin yaxşılaşması ilə bağlı ümidləri gerçəkləşmədi.
Bu hesabatda həmçinin deyilir: Fars Körfəzi ətrafında yerləşən ölkələr neftin qiymətində kəskin azalma nəticəsində xeyli dərəcədə zərərə uğrayıb. Əlbəttə, Türkiyə müstəsna olmaqla. Türkiyə bu vəziyyətdən əksinə xeyli faydalanıb. Çünki, bu ölkə bir neft idxalçısıdır.
Hesabatda həmçinin deyilir: Neft istehsal edən ölkələr Yaxın Şərq Məntəqəsində Neft İstehsal Edən Ölkələr Təşkilatının(OPEC) nəzarəti altında olsalar da, bu təşkilata üzv ölkələrin istehsal miqdarının azaldılması təklifi müqabilində israrla müxalifət etməsi dünyanın neft bazarında təklifin tələbi üstələməsinə səbəb olub. Bu da neftin qiymətində ucuzlaşmanın davam etməsi ilə nəticələnib.
Bu məsələ bir çox ölkələrin o cümlədən büdcəsi neft gəlirləri hesabına formalaşan ölkələrin iqtisadi problemlər ilə üzləşmələrinə səbəb olub. Nəticədə onlar yerli və xarici maliyyə mənbələrindən borc və kreditlər almağa məcbur olurlar.