Amerikada silahlı toqquşmalar davam edir
-
Amerikada silahlı toqquşmalar davam edir
ABŞ-ın Arizona Ştatında silahlı insident nəticəsində bir nəfər həlak olub.
Sputnik informasiya agentliyinin verdiyi məlumata görə, 30 yaşlarında olan bir kişi polisin rəftarından qəzəblənərək, onlara tərəf daş atıb. Bunun ardınca polis zabitini onu güllələyərək, qətlə yetirib.
Bu məlumata görə, hadisə bu şəxsin Finiks şəhər polis idarəsini tərk edərkən baş verib.
Amerikada polis zorakılığının xeyli artmasının ardınca insan haqlrı müdafiəçiləri şənbə günü aksiya keçirərək, qətl törətməkdə ittiham olunan polislərin mühakimə edilməsini istəyiblər.
2015-ci ildə Amerikada törədilən silahlı hücumların 40%-i qaradərililərə qarşı olub.
2015-ci ildə ABŞ-ın müxtəlif şəhərləri o cümlədən Çikaqo Amerikada irqçilik zəminində baş verən qətllərə etiraz olaraq, dəfələrlə aksiyaların şahidi olub.
Hər ilə Amerikada minlərlə nəfər silahlı insidentlər zamanı həyatını itirir və ya yaralanır.