Bu gün Həzrət Məhəmməd (s.ə.s) və İmam Cəfər Sadiq (ə)-ın mövlud günüdür
Sonuncu ilahi peyğəmbər Həzrət Məhəmməd (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü gecəsi və günündə İslami İranda şənlik tədbirləri davam edib.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, bu gün çərşənbə axşamı günü 17 rəbiüləvvəl 1437-ci hicri qəməri ili, 29 dekabr 2015-ci il əziz islam peyğəmbəri Həzrət Məhəmməd Mustafa (s.ə.s) və imamət və vilayət səmasının 6-cı parlaq ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) səadətli viladətlərinin ildönümü günüdür.
İslami İranın müxtəlif bölgələrində, şiə və sünnilər məscidlər, mənzillər, küçələr və mağazaları rəngli çıraqlar və bayraqlarla bəzəyərək və mərasimlər keçirərək sonuncu ilahi peyğəmbər Həzrət Məhəmmədin (s.ə.s) viladətinin ildönümü gününü şənlik edirlər.
Sünni tarixinə əsasən 12 rəbiüləvvəl əziz islam peyğəmbərinin viladətinin ildönümü günüdür və şiələr də 17 rəbiüləvvəli Allahın rəsulunun viladəti hesab edirlər.
İran İslam Respublikasının banisi Həzrət İmam Xomeyninin (rə) təşəbbüsü ilə 12-17 rəbüləvvəl Həzrət Rəsul-Əkrəmin (s.ə.s) viladəti günləri olaraq Vəhdət Həftəsi adlandırılmışdır.