İngiltərə: London İranla ticarətin genişlənməsini dəstəkləyir
İngiltərənin Xarici İşlər Nazirliyi çərşənbə günü axşamçağı bir məlumatda bildirib ki, İranla ticarətin genişlənməsini dəstəkləyir.
IRNA-nın məlumatına görə, İngiltərənin Xarici İşlər Nazirliyi İranla ticarətlə bağlı yeni mövqeləri və bu haqdakı son tövsiyələri ilə əlaqədar olan bu hesabatında bildirib: İngiltərə dövləti bundan qabaq ticarət və maliyyə bölmələrinə kömək edibdir ki, nüvə razılaşması çərçivəsində sanksiyaların götürülməsilə ehtimal üzrə yaranacaq fürsətlərdən irəli gələn məziyyətdən istifadə üçün iki ölkə arasındakı ticarət münasibətləri və investisiyanın genişləndirilməsi hədəfilə lazımi hazırlığı əldə etmiş olsunlar.
Bu nazirlik sonra bildirib: Bankçılıq, maliyyə, sığorta, neft, qaz, neft-kimya, gəmiçilik, qəmiqayırma, nəqliyyat, qızıl, digər qiymətli metallar, əskinas çapı və sikkənin vurulması sektorları İrana qarşı sanksiyaların götürülməsilə daha çox təsir qəbul edəcək fəaliyyətlərdəndir.
Bu nazilrik İranla ticarət haqda isə deyib: Bu ölkə bir çox fürsətlərə malik zühur etməkdə olan bir bazardır.