BMT baş katibi Şeyx Nimrin edamına reaksiya verib
BMT-nin baş katibi səudiyyə rejiminin tanınmış şiə ruhanini edam etməsindən nigaranlıq edib.
Press TV-nin məlumatına görə, BMT-nin baş katibi Ban Ki-moon şənbə günü bir bəyanatda səudiyyə rejiminin tanınmış şiə ruhani Şeyx Nimr Baqir Əl-Nimri 46 nəfərlə yanaşı edam etməsindən son dərəcə nigaranlıq edib.
BMT-nin baş katibi deyib ki, Şeyx Nimr və bir qrup digər məhbus elə mühakimələrdən sonra edam olunubdur ki, onlara vurulan ittihamların mahiyyəti barədə nigaranlıqları, həmçinin Ərəbistanda ədalətin icra olunması məsələsini şübhə altına alıbdır.
BMT-nin baş katibi bu bəyanatda həmçinin Şeyx Nimr Baqir Əl-Nimrin edamına reaksiyada sakitlik və təmkinlilik istəyib.
Ərəbistanın Daxili İşlər Nazirliyi şənbə günü səhər rəsmi bir bəyanatda bildirdi ki, bu ölkənin tanınmış ruhanisi və siyasi fəalı Şeyx Nimr Baqir Əl-Nimri 46 nəfərlə yanaşı anti-təhlükəsizlik fəaliyyətlərinə görə, edam edibdir.