İngiltərədə tələbələr hökumət əleyhinə aksiya keçiriblər
https://azeri.sahartv.ir/news/dünya-i203667-İngiltərədə_tələbələr_hökumət_əleyhinə_aksiya_keçiriblər
İngiltərədə tələbələr hökumətin təhsil ilə bağlı siyasətlərinə etiraz olaraq, müxtəlif şəhərlərdə aksiyalar keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2016 09:51 Asia/Baku
  • İngiltərədə tələbələr hökumət əleyhinə aksiya keçiriblər
    İngiltərədə tələbələr hökumət əleyhinə aksiya keçiriblər

İngiltərədə tələbələr hökumətin təhsil ilə bağlı siyasətlərinə etiraz olaraq, müxtəlif şəhərlərdə aksiyalar keçiriblər.

PressTV-nin məlumatına görə, tələbələr Mançester, Nyukasl və London şəhərlərində aksiya keçirərək, hökumətin təhsil siyasətlərinə etiraz edib, baş nazir Deyvid Kameronun təhsil burslarını ləğv etməsini qınayıblar.

Tələbələr xəbərdarlıq ediblər ki, təhsil burslarının hökumət tərəfindən ləğv edilməsi xüsusi ilə tibb sahəsində bir çox iş yerlərinin itirilməsinə səbəb olacaq.

İngiltərənin xəzinədarlıq naziri Corc Azborn 2014-cü ilin noyabrında hökumətin iqtisadi qənaət siyasəti çərçivəsində təhsil burslarını ləğv edəcəyindən xəbər vermişdi.

Təhsil burslarının ləğv edilməsi, büdcə çatışmazlığı ilə mübarizə üzrə İngiltərə dövlətinin gündəminə daxil edilib.