Yan 14, 2016 13:24 Asia/Baku
  • Amerikalı dəniz piyadalarının həbsi İranın qanuni haqqı idi
    Amerikalı dəniz piyadalarının həbsi İranın qanuni haqqı idi

Amerikanın bir qəzeti amerikalı dəniz piyadalarının həbs olunmasını İranın qanuni haqqı adlandırıb.

Səhər Beynəlxalq Televiziyasının İRNA-ya istinadla verdiyi məlumata görə, Los Anceles Tayms qəzeti çərşənbə günü dərc etdiyi məqalədə qeyri-qanuni şəkild İran sularına daxil olan amerikalı dəniz piyadalarının həbs olunması üzrə İranın funksiyasını müdafiə edərək ifratçı amerikalıların bu həbsə etirazını səbəbsiz adlandırıb.

Los Anceles Tayms qəzeti əlavə edib: Amerikalı ifratçılar belə vəziyyətdəki mövcud qaydanı görünür yumşaqlıq adlandırır, ondan azını hörmətsizlik, bəlkə də beynəlxalq anlaşmaları cırmaq üçün səbəb hesab edirlər.

Qəzet yazır: Bu həbsin bəzilərinin xoşuna gəlməməsi mümkündür. Lakin həqiqət budur ki, iranlılar öz ərazilərində öz hüquqları əsasında addım atıb, amerikalılara xəsarət vurmayıb və tez bir zamanda məsələni həll ediblər.

10 amerikalı dəniz piyadasını daşıyan 2 qayığın çərşənbə axşamı günü İran sularına qeyri-qanuni şəkildə daxil olması ardınca, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın dəniz qüvvələri amerikalı hərbçiləri həbs edərək təhlükəsiz məkana köçürüblər.

Sepah ötən gün bir bəyanatda bildirib ki, amerikalıların üzr istəməsi ardınca bu 10 dəniz piyadası qayıqları ilə birlikdə beynəlxalq sularda azad olunub.

Teqlər