İsveç səfiri Təl-Əvivi tərk edib
-
İsveç səfiri Təl-Əvivi tərk edib
İsveçin işğal olunmuş Fələstindəki səfiri Təl-Əvivi tərk edib.
Livanın Əlməyadin telekanalının məlumatına görə, İsveçin işğal olunmuş Fələstindəki səfiri Karl Macnos Nisir ölkəsinin xarici işlər nazirinin İsrail rejiminin fələstinlilərə qarşı cinayətlərini tənqid etməsinin ardınca sionist rejim tərəfindən çağırııldıqdan sonra Təl-Əvivdən Stokholma yola düşüb.
İsveçin xarici işlər naziri Marqon Valstrom Qüds intifazəsi zamanı sionist rejimin Fələstin xalqına qarşı zorakı hərəkətləri haqda təhqiqatın aparılmasını istəyibdir.
Sionist rejimin baş naziri Benyamin Netanyahu İsveçin xarici işlər naziri Marqon Valstromun Qüds intifazəsi zamanı sionist rejimin Fələstin xalqına qarşı zorakı hərəkətləri haqda təhqiqatın aparılmasına dair son sözlərinə reaksiyada deyib ki, bu kimi sözlər İsrail rejiminin zərərinədir.
İnsan haqlarını dəstəkləyən qruplar sionist rejimi fələstinliləri yatırmaq üçün həddən artıq zorakılıqdan istifadə etməkdə ittiham edirlər.
Sionist hərbçilər 2015-ci il oktyabrın əvvəlindən bəri Qüds intifazəsi zamanı təqribən 160 fələstinlini şəhid ediblər.