Yan 17, 2016 10:35 Asia/Baku
  • Obama İran əleyhinə nüvə sanksiyalarının ləğvinin icrasına göstəriş verdi
    Obama İran əleyhinə nüvə sanksiyalarının ləğvinin icrasına göstəriş verdi

İranın Əhatəli Müştərək Təşəbbüs Proqramı qarşılığında öz öhdəliklərinə tam şəkildə sadiq qalmasının təsdiqlənməsinin ardınca, ABŞ prezidenti İranın nüvə proqramı ilə əlaqədar sanksiyaların ləğvinin icrasına fərman verib.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, ABŞ prezidenti Barak Obama bu fərmanda bildirib: Konstitusiyaya əsasən ABŞ prezidentinə verilən səlahiyyətlərlə Əhatəli Müştərək Təşəbbüs Proqramında qyd olunan sanksiyalarla əlaqədar Vaşinqtonun öhdəliklərinin icrası üçün mən İran əleyhinə nüvə sanksiyalarının icrasını ləğv edir və bəzilərini islah edirəm.

Obamanın İranın nüvə sanksiyalarının ləğvi üzrə fərmanının digər bir hissəsində bildirilir: 1995-ci il 15 mart 12957 saylı icra fərmanında dərc olunan milli fövqəladə vəziyyətə istinad edərək, mən İranın nüvə fəaliyyətləri ilə əlaqədar sanksiyaların ləğvi üçün ABŞ-ın Əhatəli Müştərək Təşəbbüs Proqramı qarşılığındakı öhdəliklərindən kənar xüsusi qanuni sanksiyaların cəhətlərinə icraiyyə səlahiyyətləri vermək məqsədilə bir sıra addımları nəzərdə tuturam.

İran xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordiantoru Federika Mogerini şənbə gecə müştərək bəyanatı oxuyaraq Əhatəli Müştərək Təşəbbüs Proqramının icrasına başlanıldığını bildiriblər.

Teqlər