Yan 17, 2016 13:37 Asia/Baku
  • Mogerini: İranla nüvə anlaşmasının icrası diplomatiyanın qələbəsidir
    Mogerini: İranla nüvə anlaşmasının icrası diplomatiyanın qələbəsidir

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru yazıb: Bir vəd həqiqətə qovuşdu və bu, diplomatiyanın qələbəsidir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru Federika Mogerini Twitter səhifəsi və öz şəxsi vebloqunda yazıb: İranla anlaşma barəsində öhdəlik reallığa çevrildi. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik təsdiqlədi, İran nüvə proqramı qarşılığında bütün öhdəliklərini yerinə yetirib və Əhatəli Müştərək Təşəbbüs Proqramının icrası və İran əleyhinə sanksiyaların ləğvi günü çatıb.

Mogerini əlavə edib: Çoxtərəfli diplomatiyaya güclü etimad öz nəticəsini verdi.

Mogerininin sözlərinə görə, İran hökuməti qarşılaşma deyil, yalnız dialoq yolu ilə bu sülhməramlı mənafeyi əldə etmək olar.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru deyib: Hazırda həmin örnəyi regional sahədə müştərək məqsədlər üçün əməkdaşlığı əks etdirməliyik. Suriya və Yəməndəki müharibələrə son qoyulmalıdr. İŞİD terror qruplaşması ilə bağlı təhdid məğlubiyyətə uğramalıdır. Yollar hələ də uzundur, lakin gələcəyə yeni ümidlə baxa bilərik.

Teqlər