Nigeriya ordusu müsəlmanların qırğınını əsaslandırmağa cəhd edir
-
Nigeriya ordusu müsəlmanların qırğınını əsaslandırmağa cəhd edir
Nigeriya ordusu bu ölkə müsəlmanlarının qırğınını "qarşıdurma prinsipinə riayət etmək" ifadəsi ilə əsaslandırıb.
Səhər Beynəlxalq Televiziyasının əl-Youm əl-Sabe saytına istinadla verdiyi məlumata görə, Nigeriya ordusu Baş Qərargahının rəisi Tukur Buratai bildirib: Zaria hadisəsində ordu qüvvələrinin davranışı onlar üçün müəyyənləşmiş səlahiyyətlər çərçivəsində olub və onlar qarşıdurma prinsipinə riayət ediblər.
Nigeriya Milli İnsan Haqları Komissiyası Zaria faciəsini araşdırmaq üçün komitə təşkil edib.
Nigeriya müsəlmanları bir sıra sənədlər hazırlayıblar. Onlar bu sənədləri ordunun müsəlmanları qəsdən yetirməsini sübut etmək üçün araşdırma komitəsinə təqdim edəcəklər.
Nigeriya ordusu 2015-ci il dekabr ayında Zaria şəhəri müsəlmanlarını atəşə tutdu. Bu hücumda yüzlərlə müsəlman qətlə yetirildi və bu ölkə şiələrinin rəhbəri İbrahim Zəkzəki ağır yaralandı.