Yan 21, 2016 12:21 Asia/Baku
  • Qazaxıstan parlamenti buraxılıb
    Qazaxıstan parlamenti buraxılıb

Qazaxıstan prezidenti parlamenti buraxaraq, vaxtından qabaq seçkilərin keçirilməsini istəyib.

Russia Today xəbər portalının məlumatına görə, Nursultan Nazarbayev həmçinin xalqdan istəyibdir ki, neft qiymətinin aşağı düşməsi səbəindən baş vermiş hazırkı sərt iqtisadi dövrdə həmrəylik göstərsin.

Bu seçkilər 2016-cı ilin sonları və ya 2017-ci ilin əvvəllərində keçirilməli idi, amma onun tarixi martın 20-ə salınıb. Qazaxıstan parlamenti cari ayda əksəriyyət səslə buraxılmaya səs verdi.

Qazaxıstan prezidenti bir bəyanatda deyib: Xalqımızın birlik və həmrəyliyə ehtiyacı var. Bu sərt iqtisadi dövrdə lazım olarsa, işlərin asanlaşması üçün xas qanunlar qəbul edəcəyik.

Teqlər