Yan 28, 2016 14:47 Asia/Baku
  • Şeyx Zəkzəkinin taleyi hələ də naməlumdur
    Şeyx Zəkzəkinin taleyi hələ də naməlumdur

Nigeriya İslam Hərəkatının üzvü deyib: İsllam Hərəkatı rəhbərinin taleyi hələ də naməlum vəziyyətdədir.

Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, Nigeriya İslam Hərəkatının üzvü Həsən Bala Mehr İnformasiya Agentliyinə verdiyi müsahibədə İslam Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzəkinin son vəziyyəti barəsində deyib: Nigeriya ordusu Şeyx Zəkzəkinin son vəziyyəti barəsində istənilən məlumatı verməkdən çəkinir və hələ də onu naməlum məkanda saxlayır.

Həsən Bala həmçinin İslam Alimləri Cəmiyyəti üzvlərinin Şeyx Zəkzəki ilə görüşünə toxunaraq bildirib: Əgər iki tərəf arasında görüş baş veribsə, onun detalları indiyə qədər yayımlanmayıb.

Həsən Bala sözlərinin davamında Nigeriya ordusunun Zaria şəhərində müsəlmanlara vəhşicəsinə hücumunda həlak olanların sayını təxminən 2000 nəfər elan edib və bildirib: Həlak olanlardan əlavə 705 müsəlman da itkin düşüb və onların barəsində heç bir məlumat yoxdur.

Teqlər