İngiltərənin cənub-şərqində etirazçılarla toqquşma baş verib
İngiltərənin cənub-şərqində miqrantların tərəfdarlarıı və müxaliflərinin aksiyası insidentlə nəticələnib.
Səhər Beynəlxalq Televiziyasının Fransa İnformasiya Agentliyinə istinadla verdiyi məlumata görə, İngiltərəyə miqrantların gəlməsinin tərəfdarı və müxalifi olan yüzlərlə nəfər şənbə günü bu ölkənin cənub-şərqində Dour şəhəri küçələrinə axışaraq aksiya keçirib. Bu aksiya iki tərəf arasında qarşıdurma ilə nəticələnib.
Dour şəhəri polisi 10 nəfərin həbs olunduğunu və etirazları yatırmaq üçün üsyana qarşı vasitələrdən istifadə olunduğunu bildirib.
Bu məlumata görə, Dour şəhəri qarşıdurmalarında 6 nəfər yaralanıb.
İngiltərə baş naziri David Kameron cümə günü 3 min miqrant uşağın qəbul olunması üzrə verilən müraciətlərə qarşı çıxıb.
İngiltərə 2020-ci ilə qədər 20 min miqrant uşağı qəbul etmək üzrə öhdəlik götürüb.