Yan 31, 2016 10:31 Asia/Baku
  • Fransa paytaxtında 20 min nəfərlik aksiya
    Fransa paytaxtında 20 min nəfərlik aksiya

Fransa paytaxtında təxminən 20 min nəfər bu ölkədə fövqəladə vəziyyətin müddətinin uzadılmasına qarşı aksiya keçirib.

Səhər Beynəlxalq Televiziyasının Press TV-yə istinadla verdiyi məlumata görə, Fransa paytaxtı Paris şəhərində təxminən 20 min nəfər bu şəhərin küçələrinə axışaraq fövqəladə vəziyyətin müddətinin uzadılması ilə bağlı hökumətin qərarına qarşı şüarlar səsləndirib və etirazlarını bildirib.

Fransada fövqəladə vəziyyətin müddətinin uzadılmasına müxalif olanlar bu ölkənin polis ölkəsinə çevrilməsi barəsində xəbərdarlıq ediblər.

Fransız etirazçılardan biri bildirib ki, Fransada fövqəladə vəziyyətin müddətinin uzadılması bir çevriliş mənasındadır.

Fransanın digər şəhərləri, O cümlədən Tuluza şəhərində də hökumət əleyhinə oxşar aksiya keçirilib.

Qeyd edək ki, Fransa hökuməti 26 fevraldan sonra bu ölkədə fövqəladə vəziyyətin 3 ay müddətinə uzadılmasını istəyib.

Bu layihə çərşənbə günü Fransa hökumətinə təqdim olunmuşdu.

Teqlər