Milyonlarla italiyalı ailə mentalitetinin qorunması üzrə aksiya keçirib
-
Milyonlarla italiyalı ailə mentalitetinin qorunması üzrə aksiya keçirib
İtaliya vətəndaşları real ailə mentaliteti və qadın və kişi izdivacının müdafiəsi istiqamətində paytaxt Romada aksiya keçiriblər.
Səhər Beynəlxalq Televiziyasının məlumatına görə, İtaliyanın müxtəlif şəhərlərində təxminən bir milyon italiyalı Romaya gəlib və ailə mentalitetinin müdafiəsi və hökumətin homoseksualların izdivaclını qanuniləşdirmək üzrə layihəyə müxalifət üzrə aksiyada iştirak edib.
Etirazçılar heç bir partiyanın bayrağını daşımayıb və yalnız ailənin müdafiəsi üzrə yazılı plakatlar əllərində tutublar. İştirakçılar bu aksiyada uşaqların homoseksual şəxslərə himayəsinin verilməsinə qarşı çıxıblar.
Bu aksiyaların keçirilməsində məqsəd qadın və kişi izdivacı və ailənin təşkil olunması kimi qeyd-şərtsiz dəyərlərin müdafiəsi elan olunub.
İtaliya baş naziri Meteo Rentsinin hökuməti ötən həftə bir layihənin ilkin mətnini ölkə parlamentinə təqdim edib. Layihədə məqsəd homoseksual vətəndaşların izdivacını qanuniləşdirməkdir.
2015-ci il 20 iyunda İtaliya paytaxtı Romada yüz minlərlə nəfər homoseksualları, eləcə də İtaliya məktəblərində homoseksuallıqla əlaqədar təlimləri himayə edən birliklərə qarşı aksiya keçirib.