Fev 03, 2016 14:57 Asia/Baku
  • National: İngiltərə Yəmənin viran olması ilə gəlir əldə edir
    National: İngiltərə Yəmənin viran olması ilə gəlir əldə edir

İngiltərənin National qəzeti Yəmənin dağıdılması və bu ölkə vətəndaşlarının qırğın edilməsində Ərəbistanla əlbir olmaqda İngiltərə baş nazirini tənqid edib.

Səhər Beynəlxalq Televiziyasının The National qəzetinə istinalda verdiyi məlumata görə, qəzet yazıb: İngiltərə baş naziri David Kameron ərəbistana silah-sursat satmaqla hökumətin xəzinəsinə əmlak əlavə edir. Lakin bu əmlak Yəmənin dağıdılması və vətəndaşlarının qırğın edilməsi ilə əldə olunur.

National yazıb: Kameron təkcə 3 ay ərzində 1 milyard funt-sterlinqi Ərəbistana silah satdığına görə, hökumətin xəzinəsinə ödəyib. Lakin bu külli miqdarda gəlir Yəmənin dağıdılması bahasına başa gəlib.

İngiltərə qəzeti əlavə edir: Yəmənin əhalisinin yarısına yaxını Ərəbistanın təcavüzü başlanmamışdan öncə yoxsulluq içində yaşayırdı, ölkə gənclərinin üçdə ikisi işsiz idi və ictimai xidmətlər də yox idi. Hərbi təcavüzlərin ötən il mart ayında başlanması ilə yəmənlilərin vəziyyəti daha da ağırlaşıb.

National Yəməndə dərman çatışmazlığına toxunaraq bildirib: Yəmənin Səhiyyə Nazirliyinin Marib vilayətindəki ofisi xəbərdarlıq edib ki, bu vilayət güclü şəkildə dərman çatışmazlığı problemi ilə üzləşib və bu vilayətin bir çox müalicə mərkəzi öz fəaliyyətini dayandırıb.

Teqlər