İngiltərədə asiyalı bir ailəyə irqçilik hücumu olunub
İngiltərədə irqçilər asiyalı bir ailəni mənzilini tərk etməyə məcbur ediblər.
Səhər Beynəlxalq Televiziyasının İSNA-ya istinadlı məlumatına görə, üç maskalı silahlı şəxs bıçaqla Mançesterin Salford bölgəsində asiyalı ailəni təhdid edib və onların öz evlərini tərk etmələrinə səbəb olub.
Polis hazırda bu məsələni araşdırmaqdadır.
Mançesterdə maskalı şəxslər "Sizi öldürəcəyik" deyərək asiyalı bir ailənin mənzilinə daxil olublar.
Polisin dediyinə görə, mənzildən oğurluq olunmayıb və naməlum şəxslər ötən çərşənbə bıçaqla onların evinə daxil olub və mənzildəkiləri hədələyiblər.
Mançester polisi qeyd olunan dosyeni "məqsədli hücum" olaraq araşdırmaqdadır.
Hadisə yerinə ezam olunan zabitlər bildiriblər ki, silahlı şəxslər zorla həmin mənzilə daxil olub, onları hədələyib və irqçilik ifadələri işlədiblər.
İngiltərə polisi bu hücumun irqçilik məqsədilə baş verdiyini bildirib.