Fev 10, 2016 14:57 Asia/Baku
  • İngiltərədə həkimlər yenidən tətil aksiyasına başladı
    İngiltərədə həkimlər yenidən tətil aksiyasına başladı

İngiltərədə həkimlər ikinci dəfə olaraq 24 saatlıq tətil aksiyasına başlayaraq, iş şəraiti və əmək haqlarının az olmasına etiraz ediblər.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, minlərlə həkim bu gün İngiltərədə 24 saatlıq tətil aksiyasına başlayıblar.

Həkimlərin 48 saat davam edən birinci etiraz aksiyası zamanı minlərlə cərrahiyyə əməliyyatı ləğv edilmiş və heç bir xəstə qəbul edilməmişdi. Sadəcə təcili yardım xidməti göstərilmişdi.

İş şəraitinə və əmək haqqının az olmasına etiraz edən həkimlər hökumətin bu məsələyə laqeyd münasibətinə etiraz edirlər.

İngiltərə həkimləri öz istəklərinə nail ola bilmədikləri üçün yenidən tətil aksiyasına başlayıblar.

Bu gün İngiltərədə həkimlərin etiraz aksiyası keçirməsi xəstəxanalar və səhiyyə mərkəzlərində bir çox problemlərin yaranmasına səbəb olub. Əhali isə yaranmış vəziyyətə görə hökuməti tənqid edir.

Teqlər