Fev 14, 2016 09:39 Asia/Baku
  • Amerikanın İranın neft məhsullarına qarşı sığorta məhdudiyyətləri götürülüb
    Amerikanın İranın neft məhsullarına qarşı sığorta məhdudiyyətləri götürülüb

Amerika İranın neft yüklərini daşıyan tankerlərin beynəlxalq sığorta himayələrinə qoyulmuş məhduyyətləri ləğv edib.

Blumberq xəbər kanalının məlumatına görə, Amerikada yerləşən ümumdünya gəmiçilik sənayesi üzrə bir sığorta şirkəti bildirib ki, bu şirkət İrandan dünyanın digər nöqtələrinə neft daşıyan qeyri-amerikan şirkətləri himayə barədə Amerika dövlətinin icazəsiini əldə edib.

Blumberq-in adını qeyd etmədiyi bu şirkət əlavə edib: Bu məsələ yanvarda sanksiyaların ləğvindən sonra xam neft və neft məmulatlarının ixracının bərpası sahəsində potensial surətdə İrana kömək edəcək.

Blumberq Osloda Arkink sığorta şirkətindəki gəmiçilik üzrə analitik Erik Nikolay Stavesə istinadla yazıb: İranın ixracatı barədə sığorta ən böyük problem idi ki, hazırda belə görünür ki, bu problem aradan qaldırılıbdır.

İranın xam nefti və neft məhsullarının satışını son dörd ildə məhdudiyyətlə üzləşdirmiş sanksiyaların götürülməsindən sonra Tehran öz neft hasilatını yenidən artırmağa səy göstərir.

On iki iqtisadçı və analitikin yanvarın ortalarındakı dəyərləndirmələrinə əsasən, proqnoz edilir ki, sanksiyaların ləğvindən bir ay sonra İranın xam neft istehsalı gündə yüz min barrelə və ya 3,7 faizə və altı ay müddətində gündə 400 min barrelədək artacaq.

Teqlər