Pentaqon-un təhqiqatı başlanıb
https://azeri.sahartv.ir/news/dünya-i208120-pentaqon_un_təhqiqatı_başlanıb
Amerika Müdafiə Nazirliyi- Pentaqon-un sözçüsü İran sularına təcavüz etmiş amerikalı dəniz piyadalarından təhqiqatın aparılmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 17, 2016 06:48 Asia/Baku
  • Pentaqon-un təhqiqatı başlanıb
    Pentaqon-un təhqiqatı başlanıb

Amerika Müdafiə Nazirliyi- Pentaqon-un sözçüsü İran sularına təcavüz etmiş amerikalı dəniz piyadalarından təhqiqatın aparılmasından xəbər verib.

IRIB-nin məlumatına görə, Amerika Müdafiə Nazirliyi- Pentaqon-un sözçüsü Piter Kuk çərşənbə axşamı günü İran sularına təcavüz etmiş amerikalı dəniz piyadalarından təhqiqatın aparılması barədə deyib: Amerika dəniz qüvvələrinin başçıları bu sahədə araşdırmalar aparmaqdadırlar və məlumatların təkmilləşməsi üçün amerikalı dəniz piyadaları senator Mak Kinlə də görüşlər keçiriblər.

Kuk əlavə edib: Təhqiqatların təkmilləşməsindən sonra bu sahədə məlumat yayılacaqdır.

İki amerikan qayıq 2016-cı il yanvarın on ikisində İranın Fars Körfəzindəki sularına qanunsuz girişin ardınca Sepah-ın dəniz qüvvələri tərəfindən dayandırıldı və onun on nəfərdən ibarət sərnişinləri həbs olundu.

Bu dəniz piyadaları İran sularına girmələrinin qəsdən olmaması məlum olandan sonra azad ediliblər.