Fev 24, 2016 12:06 Asia/Baku
  • Ankara partlayışı ilə əlaqədar 10 nəfər həbs edildi
    Ankara partlayışı ilə əlaqədar 10 nəfər həbs edildi

Türkiyə polisi Ankara terror aktında əli olmaqda şübhəli bilinən 10 nəfəri həbs edib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri çərşənbə axşamı Ankarada partlayış törədən terrorçunun tərəfdarları tərəfindən Türkiyənin şərqində təşkil edilən mərasimdə iştirak edən terror yandaşları əleyhinə əməliyyat həyata keçirib.

Bu məlumata görə, bu əməliyyat Van şəhərinin İpəkyolu məntəqəsində həyata keçirilib. Belə ki, terror yandaşları bu məntəqədə bir məscidə toplaşaraq, 28 fevral tarixində Türkiyənin paytaxtı Ankara şəhərində qanlı partlayış törədərək, 29 nəfərin ölməsinə və 60 nəfərin yaralanmasına səbəb olan şəxsin xatirəsini yad etməyə çalışıblar.

Türkiyə baş naziri Əhməd Davudoğlu bu hadisə ilə bağlı deyib: "Bir terrorçu üçün "anım" mərasiminin keçirilməsi bəşəriyyət əleyhinə ən böyük xəyanətdir".

Türkiyə rəsmiləri Ankarada partlayış törədən şəxsin kimliyinin DNA testi yolu ilə dəqiqləşdirildiyini və bu şəxsin Abdulbaki Sumer adlı bir Türkiyə vətəndaşı olduğunu bildiriblər.

Teqlər