G-20 İngiltərənin Avropa Birliyindən çıxması barədə xəbərdarlıq etdi
G-20 ölkələrinin iqtisadiyyat nazirləri İngiltərənin Avropa Birliyindən çıxması ehtimalı barədə xəbərdarlıq ediblər.
İRİB bildirir ki, dünyanın ən iri iqtisadiyyatına malik olan G-20 ölkələrinin iqtisadiyyat nazirləri şənbə günü İngiltərənin Avropa Birliyindən çıxması ehtimalı barədə xəbərdarlıq edərək, bunu dünya iqtisadiyyatı üçün ən böyük təhdid sayılan bir "şok" adlandırıblar.
G-20 qrupunun iclasında iqtisadiyyat nazirləri ilə yanaşı, üzv ölkələrin mərkəzi banklarının rəisləri də iştirak ediblər.
İngiltərənin Avropa Birliyindən çıxması məsələsi üzrə iyun ayında referendum keçiriləcək. Bu məsələnin Şanxayda keçirilən G-20 iclasında gündəmə gətirilməsi, onun əhəmiyyətindən xəbər verir.
Beynəlxalq Valyuta Fondunun prezidenti Kristin Lagard və ABŞ-ın xəzinədarlıq naziri Yakob Liv İngiltərənin Avropa Birliyində qalmasını tam qətiyyətlə dəstəkləyib və bildiriblər ki, İngiltərənin Avropa Birliyində qalması İngiltərə, Avropa Birliyi və ABŞ-ın milli təhlükəsizliyi və iqtisadiyyatının xeyrinədir.