Türkiyənin Diyarbəkir əyalətində aksiya
https://azeri.sahartv.ir/news/dünya-i209335-türkiyənin_diyarbəkir_əyalətində_aksiya
Türkiyənin cənub-şərqində minlərlə nəfərin iştirak etdiyi etiraz aksiyası polis əleyhinə qarşıdurmaya çevrilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2016 09:16 Asia/Baku
  • Türkiyənin Diyarbəkir əyalətində aksiya
    Türkiyənin Diyarbəkir əyalətində aksiya

Türkiyənin cənub-şərqində minlərlə nəfərin iştirak etdiyi etiraz aksiyası polis əleyhinə qarşıdurmaya çevrilib.

İRİB-nin verdiyi məlumata görə, aksiya iştirakçıları komendant saatının ləğv edilməsini istəyiblər.

Bu məlumata görə, Türkiyənin təhlükəsizlik qüvvələri aksiya iştirakçılarını dağılışmağa məcbur etmək üçün gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə ediblər.

Türkiyə ordusu və PKK yaraqlıları arasındakı toqquşmalar 2015-ci ilin iyulundan etibarən yenidən başlanıb.