ABŞ və İngiltərə arasında nüvə maddələrinin mübadiləsi ifşa olunub
İngiltərə Müdafiə Nazirliyi İngiltərə və ABŞ arasında ötən 5 ildə nüvə silahlarının istehsalı maddələrinin mübadilə olunduğunu etiraf edib.
Press TV-nin məlumatına görə, İngiltərə Müdafiə Nazirliyi heç bir detala toxunmadan ifşa edib ki, ABŞ və İngiltərə ötən 5 il ərzində 23 dəfə nüvə maddələrini təyyarə ilə nəql ediblər.
Bu nazirliyin məlumatına görə, bu illər ərzində hərbi təyyarələr İngiltərənin Trident raketlərinin nüvə başlıqlarında istifadə olunan tritium, platinium və zənginləşdirilmiş uranium kimi maddələri daşıyıblar.
Məlumata görə, bu nüvə yüklərinin nəqli məkanı Oksfordşayrın Brayz Norton məntəqəsində İngiltərənin Hərbi Hava Qüvvələrinin bazasında olmuşdur.
Bu xəbərin yayılması siyasətçilər və ətraf mühitin mühafizəsi fəallarını ekologiyanın radioaktiv maddələrlə çirklənməsi barəsində nigaran etmişdir.
İngiltərə və ABŞ müdafiə anlaşmasına əsasən davamlı şəkildə tritium, platinium və zənginləşdirilmiş uranium maddələrini nəql edirlər.