Ukrayna xarici işlər naziri: Paris müzakirələrinin heç bir irəliləyişi olmadı
-
Ukrayna xarici işlər naziri: Paris müzakirələrinin heç bir irəliləyişi olmadı
Ukrayna xarici işlər naziri bu ölkədə sülh anlaşmasının icrası barəsində Paris müzakirələrində heç bir irəliləyişin olmadığını deyib.
İRNA-nın məlumatına görə, Ukrayna xarici işlər naziri Pavlo Klimkin bildirib: Təhlükəsizlik bərqərar olunmadığı zamana qədər Donbasda heç bir seçki keçirilməyəcək.
Bu məlumata əsasən, Ukraynanın şərqində sülh anlaşmasının memarları Almaniya və Fransa Minsk anlaşmasının icra prosesində irəliləyişlərin dayandığı zamandan ümid edirdilər ki, zamanın keçməsi və Ukrayna və Rusiyanın addımları ilə bu anlaşmanın icrasına yenidən başlanacaq. Lakin Almaniya və Fransa xarici işlər nazirlərinin ötən həftə Ukrayna paytaxtına müştərək səfərlərindən sonra bəlli oldu ki, Kiyevin yanlış funksiyası bu ölkənin Minsk anlaşması çərçivəsində öz öhdəliklərini yerinə yetirmək üçün heç bir imkan saxlamayıb.
Bununla belə, Ukraynanın şərqində bu ölkə hökumət qüvvələrinin müxaliflərlə döyüşdüyü bölgədə atəşkəsin pozulmaının artmasını nəzərə alaraq, Fransa, Almaniya, Rusiya və Ukrayna xarici işlər nazirləri cümə axşamı günü Parisdə bir araya gəldilər.
Bu müzakirələrin əsas məqsədlərindən biri Ukraynanın şərqində Donbasda seçki qanunun təsdiqlənməsi üzrə Kiyevin nöqsanlarına qarşı çıxmaqdır. Donbasda cari ilin ortalarında seçkilərin keçirilməsi planlaşdırılır. Bir çox Avropa paytaxtı bu qənaətdədir ki, bu, sülh anlaşmasının icrasına ən böyük maneədir.