Rusiya XİN: Amerikanın Rusiya əleyhinə sanksiyaların müddətini uzatmasının heç bir faydası yoxdur
-
Rusiya XİN: Amerikanın Rusiya əleyhinə sanksiyaların müddətini uzatmasının heç bir faydası yoxdur
Rusiya Ukrayna böhranına görə Amerikanın Moskva əleyhinə sanksiyaların müddətini uzatmasının heç bir nəticəsinin olmadığını və yalnız Kremllə Ağ Ev əlaqələrinin gərginləşməsinə səbəb olacağını bildirib.
Küveytin rəsmi informasiya agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi ötən gün bir bəyanatda bildirib: Amerikanın Rusiya əleyhinə sanksiyaların müddətini uzatmasının Ukrayna böhranının həllinə heç bir kömək etmir və Moskva və Vaşinqtonun əlaqələrinə mənfi təsir göstərir.
Rusiya XİN bu bəyanatda xəbərdarlıq edib ki, Moskva və Vaşinqtonun əlaqələrinin gərginləşməsi müxtəlif beynəlxalq məsələlər barədə iki tərəfin əməkdaşlıq perspektivinə zərbə vurur. Halbuki bir çox beynəlxalq çəkişmələrin həll edilməsi və beynəlxalq sülh və stabilliyin bərqərar olunması Rusiya və Amerikanın əlaqələrinə hakim ruhun çərçivəsindədir.
Bu bəyanatda bildirilib: Rusiya sanksiyaların müddətinin uzadılmasına reaksiyada qarşılıqlı ölçülərin götürülməsini öz haqqı bilir.