İngiltərə İslam İnsan Haqları Təşkilatı Donald Trampa "İslamofobiya" mükafatı verdi
"İslamofobiya 2016" mükafatı şənbə günü axşam Londonda İslam İnsan Haqları Komissiyası tərəfindən keçirilən bir mərasimdə Amerikada prezident seçkilərinə respublikaçı namizəd Donadl Trampa verilib.
İRNA-nın məlumatına görə, İslam İnsan Haqları Komissiyası "İslamofobiya 2016" mükafatı üçün 4 əsas kateqoriyada o cümlədən yerli, media, kitab, film və televiziya və beynəlxalq kateqoriyaları üzrə müxtəlif şəxsiyyətlər və qrumları namizəd olaraq seçib. Beynəlxalq kateqoriyasında həyata keçirilən səsvermə zamanı Donald Tramp qalib olub.
Tramp ilə yanaşı Hollandiyanın ifratçı sağçı siyasətçisi Girt Vildroz və Tacikistan dövləti də bu mükafatı almaq üçün seçilmiş namizədlərdən olublar.
Bu mükafat hər il İslam İnsan Haqları Komissiyası tərəfindən nifrət dolu çıxışları ilə islamofobiyanın genişlənməsinə xidmət edən şəxslərə verilir.
Donald Tramp ötən il müsəlmanların Amerikaya girişinin qadağan edilməli olduğunu deməklə müsəlmanların, insan haqları təşkilatlarının və müsəlman ölkələrinin habelə, İngiltərə rəsmilərinin tənqidləri və etirazlarına səbəb olmuşdu.
İngiltərədə çoxlu sayda insan imza toplayaraq, Donald Trampın İngiltərəyə girişinin qadağan edilməsini istəmişdi. Baxmayaraq ki, İngiltərə dövləti bunu qəbul etmədi.
Media sahəsində "İslamofobiya 2016" mükafatı isə Fransanın "Şarli Hebdo" nəşriyyatına verilmiş oldu. Bu nəşriyyat İslam peyğəmbəri(s.ə.s) ilə bağlı təhqiramiz təsvirlər nəşr etmişdi.
"İslamofobiya 2016" mükafatının verilməsi mərasimində müsəlmanlar və ictimai fəallar ilə yanaşı müsəlman olmayanlar da iştirak ediblər.