Merkel AB ilə Türkiyənin mühacirlər barədəki razılaşmasını müdafiə edib
https://azeri.sahartv.ir/news/dünya-i210778-merkel_ab_ilə_türkiyənin_mühacirlər_barədəki_razılaşmasını_müdafiə_edib
Almaniyanın kansleri Angela Merkel mühacirlər böhranına görə, Türkiyəyə altı milyard avronun ödənilməsini ədalətli razılaşma adlandırıb, eyni zamanda vurğulayıb ki, bu ölkənin Avropa Birliyinə üzvlük prosesi hələ də böyük zamana ehtiyaclıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 11, 2016 15:13 Asia/Baku
  • Angela Merkel
    Angela Merkel

Almaniyanın kansleri Angela Merkel mühacirlər böhranına görə, Türkiyəyə altı milyard avronun ödənilməsini ədalətli razılaşma adlandırıb, eyni zamanda vurğulayıb ki, bu ölkənin Avropa Birliyinə üzvlük prosesi hələ də böyük zamana ehtiyaclıdır.

"Methyl Deutsche Zeitung" qəzetinə müsahibə verən Almaniya kansleri həmçinin proqnoz edibdir ki, mühacirlərin şəraitinin təsbit olunması avroya qarşı çıxan "Almaniya üçün alternativ" partiyasına daha az rəğbətlə nəticələnəcək.

Merkel iddia edib ki, mühacirlər məsələsindəki siyasətləri yavaş-yavaş onun uğurlarını göstərəcək və elə buna görə də mühacirlərin şəraitinin təsbiti ilə bu partiyadan razılıq miqdarı azalacaqdır.

Merkel mühacirlərə qarşı hər cür məhdudiyyətin tətibq olunmasını rədd edib və deyib ki, Avropa maraqlar müvazinəti və öz qonşu ölkələri ilə razılaşma istiqamətində səy göstərməlidir.