Nigeriyanın şimal-şərqində 22 nəfər həlak olub
-
Nigeriyanın şimal-şərqində 22 nəfər həlak olub
Nigeriyanın şimal-şərqində Maiduguri şəhərinin ətrafında bir məscidə iki kamikadzenin hücumu nəticəsində ən azı 22 namaz qılan həlak olub.
Associated Pressin məlumatına görə, Nigeriyanın Fövqəladə Halların İdarəçiliyi Agentliyində adının çəkilməsini istəməyən bir rəsmi bildirib: Kamikadzelərdən biri üzərindəki partlayıcı qurğunu məscidin içində işə salıb və ikinci kamikadze isə 1-ci partlayışdan sonra namaz qılanların məsciddən çıxdığı zaman üzərindəki partlayıcını partladıb.
O deyib: Bu iki partlayışda ən azı 22 nəfər həlak olub, 17 nəfər də yarlanıb. Yaralılar xəstəxanaya köçürülüb.
Bir neçə gün öncə də Nigeriyanın Kano əyalətində Boko Haram terror qruplaşmasının törətdiyi bir bomba partlayışı nəticəsində 3 sivil həlak olmuŞ 7 nəfər də yaralanmışdı.
Boko Haram qruplaşması indiyə qədər Nigeriya və qonşu ölkələrdə 17 mindən çox insanı qətlə yetirmişdir.