Mart 17, 2016 11:24 Asia/Baku
  • 
Merkel miqrantların Yunanıstanda artmasından nigarandır
    Merkel miqrantların Yunanıstanda artmasından nigarandır

Almaniya kansleri deyib: Balkan bölgəsindən şimali Avropaya doğru miqrantların yolunun bağlanması Yunanıstan üçün ağır vəziyyət yaradıb və bu bütün Avropanı nigaran edib.

Röytersin məlumatına görə, Almaniya kansleri Angella Merkel çərşənbə günü bu ölkə parlamenti Bundestaqda xəbərdarlıq edib ki, heç kim Avstriya və digər ölkələr tərəfindən sərhədlərin bağlanmasına görə, miqrantların Almaniyaya axının azalması məsələsi qarşısında aldanmamalıdır.

Merkel əlavə edib: Miqrantların Almaniyaya və Avropa Birliyinin bəzi ölkələrinə axınının hazırkı azalması bir məsələdir və Yunanıstandakı vəziyyət isə başqa bir məsələdir. Yunanıstandakı vəziyyət bütün Avropanının nigaranlığına səbəb olmalıdır. Çünki bu məsələ bütün Avropa ölkələri üçün mənfi nəticələrsiz ötüşməyəcək.

Bu arada Almaniya kanslerinin sözçüsü bazar ertəsi günü bildirib ki, Angella Merkelin regional seçkilər çərçivəsində Baden Vertemberq və Rayn Land Palatint əyalətlərində ağır məğlubiyyətinə baxmayaraq, onun miqrantlarla bağlı siyasətini dəyişmək üçün proqramı yoxdur.

Beynəlxalq təşkilatların statistikasına əsasən, təkcə ötən il təxminən 1 milyon miqrant Almaniyaya daxil olub.

Teqlər