Mart 17, 2016 15:52 Asia/Baku
  • Nigeriya prezidenti Boko Haramın işinə son qoyulmasını vurğuladı
    Nigeriya prezidenti Boko Haramın işinə son qoyulmasını vurğuladı

Nigeriya prezidenti deyib: Boko Haramın işinin sonu yaxınlaşıb.

Sin-Xoa İnformasiya Agentliyinin məlumatına görə, Nigeriya prezidenti Mahammado Buhari çərşənbə günü bir bəyanat verərək Boko Haram radikal qruplaşmanın son hücumlarını pisləyib və bildirib: Nigeriyanın təhlükəsizlik qurumları qəti və həmişəlik olaraq Boko Haramın işinə son qoymaq üçün öz iradələrini nümayiş etdirirlər.

Nigeriya prezidenti Boko Haramın bir məscidə hücumunda həlak olanların yaxınlarının dərdinə şərik çıxaraq bildirib: Bir ibadətgaha olunan bu hücum bir daha dinin qorunması iddiasında olanların hərəkətlərinin cinayətkarlıq hərəkəti olduğunu göstərdi. Çünki sivilizasiyalı cəmiyyətlərdə bu hərəkətlərə heç bir yer yoxdur.

Nigeriya prezidenti terror aktlarını törədənlər və onu dəstəkləyənləri mühakimə və cəzalandırmaqla hədələyib.

2016-cı ilin əvvəlində Nigeriya prezidenti bildirmişdi ki, Boko Haram məğlub olub. Bununla belə bu radikal qruplaşma öz hücumlarını davam etdirir.

Boko Haram qruplaşmasının məsuliyyətini üzərinə götürdüyü Borno əyalətində bir məsciddəki partlayışlarda ən azı 22 nəfər dünyasını dəyişib.

Boko Haram silahlı qruplaşmasının Nigeriyanın müsəlman sakinli bölgələrində ötən yeddi ildə etdiyi hücumlarda ən azı 17 min nəfər həlak olub.

Teqlər