Mart 20, 2016 12:13 Asia/Baku
  • Obama: Biz nüvə enerjisindən istifadə üzrə İranın haqqını rəsmən tanıyırıq
    Obama: Biz nüvə enerjisindən istifadə üzrə İranın haqqını rəsmən tanıyırıq

Amerika prezidenti Barak Obama deyib ki, ötən bir neçə onillikdə ilk dəfə olaraq, Amerika-İran əlaqələrində fərqli gələcək üçün bir fürsət yaranıb.

IRNA-nın Amerika medialarına istinadlı məlumatına görə, Amerika prezidenti ötən illərdə olduğu kimi, novruzun və yeni günəş ilinin gəlib çatmasını təbrik edib.

Bu müraciət Vaşinqton vaxtı ilə şənbə günü günorta çağı yayılıb və Barak Obama deyib: Mən hər dəfə novruzdan istifadə edirəm ki, İran xalqı ilə necə yeni bir pəncərəni aça və ölkələrimiz arasında yeni əlaqələrə başlaya bilməyimiz barədə söhbət edim.

Barak Obama Amerika-İran əlaqələrinə toxunaraq, deyib: Ötən bir neçə onillikdə ilk dəfə olaraq, fərqli gələcək üçün fürsət yaranıbdır.

Amerika prezidenti söyləyib: Dəfələrlə ötən illərdə eşitmisiniz ki, demişəm: Amerika müştərək maraqlar və hörmət əsasında İranla anlaşmaya hazırdır və bu, məhz gördüyümüz iş idi.

O, nüvə anlaşmasına işarə edərək deyib: Ötən bir neçə il ərzində Amerika və İranın diplomatları və nüvə alimləri bir yerdə oturub, üzbəüz müzakirə apardılar və keçən yayda şəriklərimizlə yanaşı, İranla tarixi nüvə razılaşmasına çatdıq.

O, söyləyib: İran iki ay bundan öncə razılaşmada özünün mühüm öhdəliklərinə əməl və nüvə proqramının ölçülməsi üzrə miqyasları qəbul etdi ki, bu proqramın dinc məqsədli hədəflərə malik olduğunu və bu cür də qalacağı barədə dünyaya əminlik vermiş olsun.

Obama əlavə edib: Bunun müqabilində dünya ictimaiyyəti İrana qarşı sanksiyaları götürdü və bu ölkə xaricdə dondurulmuş pulu əldə etdi.

ABŞ prezidenti deyib: Biz öhdəliklərinə uyğun surətdə İranın nüvə enerjisindən istifadə haqqını rəsmən tanıyırıq.

Teqlər