Mart 27, 2016 17:00 Asia/Baku
  • Şeyx Zəkzakinin həbsinə etirazlar davam edir
    Şeyx Zəkzakinin həbsinə etirazlar davam edir

Nigeriya İslam Hərəkatının rəhbəri Şeyx Zəkzakinin həbsdə saxlanılmasına etiraz olaraq bu ölkədə aksiya keçirilib.

PressTV-nin verdiyi məlumata görə, Nigeriyanın müxtəlif şəhərlərində İslam Hərəkatının rəhbəri Şeyx Zəkzakinin həbsdə saxlanılmasına etiraz olaraq, aksiyalar keçirilib.

Lafia, Gombe və Kaduna şəhərlərində keçirilən etiraz aksiyaları zamanı, Şeyx Zəkzaki və onunla birlikdə həbs edilən yüzlərlə müsəlman məhbusun tez bir zamanda azad edilməsi tələbi irəli sürülüb.

Nigeriya ordusu 2015-ci ilin dekabrında Zaria şəhərində Şeyx Zəkzakinin mənzilinə hücum edərək, onu yaralayaraq, həbs edib. Bu hadisə zamanı Nigeriya ordusu Zaria hüseyniyəsinə də basqın edərək, təqribən 2000 müsəlmanı qətlə yetirib.

Nigeriya İslam Hərəkatı bir bəyanat yayaraq, hərbçilərin hücumu zamanı yaralanan və sonra həbs edilən 12 nəfərin tibbi xidmətlərdən məhrum edilməsinə etiraz edib.

Nigeriya İslam Hərəkatının rəhbərinin saxlanıldığı məkan barədə heç bir məlumat verilmir.

Teqlər