Misirdə bir sərnişin təyyarəsi qaçırılıb
Aleksandriyadan Qahirəyə uçan bir misirli sərnişin təyyarəsi qaçırılıb.
55 sərnişini və beş ekipaj üzvü olan Misirin Aerobus-300 sərnişin təyyarəsi çərşənbə axşamı günü Kiprin paytaxtı Larnakada qaçırılandan sonra yerə enib. Təyyarəni qaçıran şəxs təyyarənin Türkiyədə eniş etməsini istəmişdi.
Məlumatlara görə, özünə partlayış qurşağı bağlamış yaraqlı şəxs bu təyyarəni qaçırıb.
Təyyarəni qaçıran şəxs təyyarəni partladacağı ilə hədələyib.
Əlcəzirə telekanalı xəbər verib ki, Kipr televiziyası qaçırılmış misirli təyyarənin sərnişinlərindən əlli nəfərin azad edilməsini təsdiq edib.
Bu telekanal əksər sərnişinlərin təyyarədən çıxmaları anının təsvirlərini yayıb.
Misir Hava Yolları Şirkəti bildirib ki, təyyarəni qaçırmış amil hələ də beş xarici sərnişinin və ekipaj üzvlərinin təyyarəni tərk etmələrinə mane olur.
Təyyarəni qaçıran şəxs hələ heç bir konkret tələb irəli sürməyib. Misirli medialar bildiriblər ki, təyyarəni qaçıran şəxs misirli sərnişinlərə, qadın və uşaqlara təyyarədən çıxmaq icazəsi verib.