Kiprdə təyyarəqaçırma macərasının sonu
https://azeri.sahartv.ir/news/dünya-i212926-kiprdə_təyyarəqaçırma_macərasının_sonu
Əl-Misriyyə telekanalı bir az öncə təcili bir xəbərdə bildirib ki, Kiprin Xarici İşlər Nazirliyi təyyarəqaçırma macərasının sona çatmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2016 12:20 Asia/Baku
  • Kiprdə təyyarəqaçırma macərasının sonu
    Kiprdə təyyarəqaçırma macərasının sonu

Əl-Misriyyə telekanalı bir az öncə təcili bir xəbərdə bildirib ki, Kiprin Xarici İşlər Nazirliyi təyyarəqaçırma macərasının sona çatmasından xəbər verib.

Kipr Xarici İşlər Nazirliyinin bildirişinə əsasən, bu ölkə polisi misirli sərnişin təyyarəsini qaçıran amili, təslim olduqdan sonra həbs edibdir.

Digər tərəfdən, Misir dövləti bildirib ki, təyyarəni qaçıran amil Avropa İttifaqı rəsmilərindən biri ilə görüşmək və üçüncü bir ölkəyə səfər etmək istəmişdi. Misir dövləti vurğulayıb ki, Larnakada bu sərnişin təyyarəsini qaçıran Seyfəddin Mustafanı istintaq edəcək.