Mart 30, 2016 13:26 Asia/Baku
  • Sanksiyalar İran üçün yox ABŞ üçün zərərlidir
    Sanksiyalar İran üçün yox ABŞ üçün zərərlidir

ABŞ-ın xəzinədarlıq naziri İrana qarşı sanksiyaların tətbiq edilməsində ifrata yol verilməsi barədə xəbərdarlıq etdi.

Nyu-York Tayms bu barədə yazır: Amerikanın xəzinədarlıq naziri Yakob Lu çərşənbə axşamı İrana qarşı həddən artıq sanksiyaların tətbiq edilməsinin dünya iqtisadiyyatında ABŞ və dolların mövqeyinə mənfir təsir buraxa biləcəyi barədə xəbərdarlıq edib.

Y.Lu əlavə edib: Sanksiyalardan həddən artıq istifadənin edilməsində ehtiyatlı davranmaq lazımdır. Çünki, bu kimi davranış dünya iqtisadiyyatında ABŞ-ın mövqeyinin zəifləməsinə və sanksiyaların təsir gücünün azalmasına səbəb ola bilər.

ABŞ-ın xəzinədarlıq nazirinin dediyinə görə, sanksiyalar üzündən iqtisadi vəziyyət mürəkkəb və ya proqnoz edilməsi mümkün olmayan duruma düşərsə və ya dünyada cərəyan edən mübadilələrə və pul köçürmələrinə həddən artıq müdaxilə etmiş olarsa, o zaman iqtisadi mübadilələr Amerikadan kənara köçürülə bilər.

ABŞ-ın xəzinədarlıq naziri həmçinin deyib: Əgər Amerika, İran və 5+1 qrupu arasında əldə olunmuş nüvə anlaşmasına uyğun davranışa malik olmazsa, bu, Amerikanın bir çox fürsəti itirməsinə səbəb olacaq.

Ötən aylar ərzində bir sıra tərəflər ABŞ Konqresində lobbiçilik fəaliyyəti ilə, İrana qarşı yeni sanksiyalar tətbiq etməyə cəhd göstəriblər. Bu sanksiyalar ABŞ-ın nüvə anlaşması qarşısındakı öhdəliklərinə ziddir.

Teqlər