Apr 07, 2016 19:20 Asia/Baku
  • İngiltərədə daha minlərlə cərrahiyyə əməliyyatı ləğv edilib
    İngiltərədə daha minlərlə cərrahiyyə əməliyyatı ləğv edilib

İngiltərədə həkimlərin ümümölkə tətilinin ikinci gününün ardınca daha beş mindən yuxarı cərrahiyyə əməliyyatı ləğv edilib.

IRIB-nin məlumatına görə, İngiltərə dövlət xəstəxanalarının minlərlə həkimi çərşənbə günündən yeni tətilə əl atıbdır ki, bu gün bu ölkənin səhiyyə və müalicə sistemi üçün daha çətin və bu tətilin təsirləri daha hissediləsi olubdur.

Həkimlər deyirlər ki, onların ötən tətillərdəki tələblərinə məhəl qoyulmamasının ardınca bu tətili keçirməyə məcbur olublar.

İngiltərə Milli Səhiyyə və Müalicə Şəbəkəsinin həkimləri öz etirazlarının səbəbini qeyri-münasib əmək şəraiti və əmək haqqı, eləcə də "dövlətin xəstələrin həyatını təhlükəyə salmaq üzrə qeyri-münasib qərarları" adlandırdıqları məsələ elan ediblər.

Dövlət bildirir ki, həkimlərin gözləntilərinin təmini üçün yetərincə büdcəyə malik deyil.

Son üç ayda İngiltərədə keçirilən tətillər zamanı ləğv olunmuş cərrahiyyə əməliyyatlarının sayı təqribən 25 minə çatıb.

Teqlər