Apr 10, 2016 09:33 Asia/Baku
  • İstanbul partlayışında iki nəfər yaralanıb
    İstanbul partlayışında iki nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərində bomba partlayışı nəticəsində iki nəfər yaralanıb və şəhər sakinləri qorxuya düşüblər.

IRNA-nın Türkiyə medialarına istinadlı məlumatına görə, bu partlayış şənbə günü gecə İstanbuldakı yeraltı keçidlərin birində baş verib. Nəticədə iki nəfər yaralanıb və müalicə üçün şəhər xəstəxanasına köçürülüb.

İstanbul polisi hadisə amillərni həbs etmək və oxşar olayların qarşısını almaq üçün şəhər boyu çoxlu sayda yoxlama-buraxılış mərkəzi yaradıbdır.

Bundan öncə İstanbul və Antaliya şəhərlərində terror hücumları üzrə ciddi ehtimal haqda xəbərdarlıq edilmişdi.

Türkiyənin turizm məntəqələrində terror hərəkətləri barədə xəbərdarlıqlardan bir saat sonra İstanbul polisi bu şəhərin Taksım meydanında qoyulmuş bir partlayıcı maddə bağlamasının aşkarlanmasından xəbər verdi.

Türkiyədə təhlükəsizlik hadisələri elə bir halda baş verir ki, İslam Əməkdaşlığı Təşkilatının iclası bazar günü baş ekspertlər və cümə axşamı günü də xarici işlər nazirləri səviyyəsində bu ölkənin İstanbul şəhərində keçirilməlidir.

Teqlər