Avropa Birliyi Ukraynanın şərqində zorakılıqların artmasından nigarandır
-
Avropa Birliyi Ukraynanın şərqində zorakılıqların artmasından nigarandır
Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Ukraynanın şərqində zorakılıqların artmasından nigaranlıq edib.
Frans-Press-in məlumatına görə, Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Federika Moqerini bazar günü bir bəyanat yayaraq, Ukraynanın şərqində zorakılıqların artmasından nigaranlıq edib. O, deyib ki, Donetskdə atəşkəsin pozulması hallarının nəzərəçarpacaq dərəcədə artması 2015-ci ildə atəşkəs razılaşmasının əldə olunmasından bəri kobudluqların misilsiz səviyyəsindən söz açır.
Moqerinin bəyanatının davamında deyilir ki, nəzarətçilərin hədəfə alınmaları halları qəbuledilməzdir və tez bir zamanda daimi atəşkəs bərqərar olunmalıdır.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı şənbə günü bildirib ki, Ukraynanın şərqində öz nəzarət tapşırığı ilə məşğul olan bu təşkilatın nəzarətçilərindən bir qrupu Donetskin cənubunun əlli kilometrliyində hücuma məruz qalıb.
Ukraynanın şərqi, o cümlədən Donetsk və Luqansk 2014-cü ilin martından bu ölkə hərbçilərinin müxaliflərlə döyüş məkanına çevrilibdir.
Ukrayna dövləti və müxaliflər 2015-ci ilin əvvəllərində Minskdə atəşkəs müahidəsi imzaladılar, amma o zamandan bəri onlar bir neçə dəfə bir-birilərini bu müahidəni pozmaqda ittiham ediblər.