Taylandda partlayış baş verib
-
Taylandda partlayış baş verib
Taylandda baş vermiş partlayışda 2 nəfər ölüb, 8 nəfər isə yaralanıb.
İRNA-nın verdiyi məlumata görə, hadisə ötən gecə Taylandın cənubunda, müsəlmanların müstəqillik uğrunda mübarizə apardığı Sangexla əyalətində yerləşən Çana dəmir yolu vağzalında baş verib.
İlkin araşdırmalara görə, bomba dəmir yolu vağzalının önündə park edilmiş motosikletə quraşdırılıbmış.
Bu partlayış "Sankran" (su səpmə) bayramı ilə əlaqədar cümə axşamından etibarən başlayan 5 günlük tətil günləri ərəfəsində, çoxlu sayda insanın səfər etmək üçün terminallara və vağzallara üz tutduğu bir zamanda baş verib.
Tayland Asiyanın cənub-şərqində yerləşir və bu ölkə əhalisinin böyük əksəriyyətini buddistlər təşkil edir. Ölkənin cənub əyalətlərində isə müstəqillik tələb edən müsəlmanlar hökumət əleyhinə mübarizə aparırlar.