Fransada İŞİD-ə qoşulmaqda ittiham edilənlər həbsə məhkum olundular
https://azeri.sahartv.ir/news/dünya-i214816-fransada_İŞİd_ə_qoşulmaqda_ittiham_edilənlər_həbsə_məhkum_olundular
Fransanın İl De Frans əyalətində yerləşən Şampini Sur Mern şəhərində İŞİD-ə qoşulmaqda ittiham edilən bir qrup həbsə məhkum edilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 12, 2016 15:27 Asia/Baku
  • Fransada İŞİD-ə qoşulmaqda ittiham edilənlər həbsə məhkum olundular
    Fransada İŞİD-ə qoşulmaqda ittiham edilənlər həbsə məhkum olundular

Fransanın İl De Frans əyalətində yerləşən Şampini Sur Mern şəhərində İŞİD-ə qoşulmaqda ittiham edilən bir qrup həbsə məhkum edilib.

Le Fiqaro qəzetinin internet səhifəsində yer alan məlumata görə, Paris məhkəməsi çərşənbə axşamı Şampini Sur Mern şəhərindəki 12 müttəhimi İŞİD-ə qoşulmaqda ittiham edərək, 3 ildən 10 ilə qədər azadlıqdan məhrum edib. Bu müttəhimlər 2013-cü ilin avqust ayında Parisin ətrafında yerləşən Val De Marn şəhərindən Suriyaya gediblər. Müttəhimlərin çoxu hazırda Suriyadadırlar və onların barəsində qiyabi hökm çıxarılıb.

2011-ci ildə Suriyada böhranın başlanması ilə Fransa və bəzi digər Avropa ölkələri terrorçu qruplaşmalara xüsusi ilə də İŞİD-ə silah və təchizat göndərməklə, terrorçuların güclənməsinə səbəb olublar. Qərb dövlətləri Suriyada cərəyan edən hadisələrə görə sadəcə bu ölkə prezidenti Bəşşar Əsədin məsuliyyət daşıdığını iddia edirlər.