Rusiya xəbərdarlıq etdi: Suriya sülh müzakirələri təhlükədədir
Kremlin sözçüsü Cenevrədə cərəyan edən Suriya sülh müzakirələrinin təhlükə ilə üzləşdiyini bildirib.
Sputnik informasiya kanalının verdiyi məlumata görə, Kremlin sözçüsü Dmitri Peskov çərşənbə günü Cenevrədə cərəyan edən Suriya sülh müzakirələrində mövcud olan atmosferi qeyri-münasib adlandırıb və deyib: Suriyada atəşkəsin pozulması halları müşahidə edilməkdədir. Bu da nigaranlıqlara səbəb olub.
D.Peskov həmçinin, Suriyaya humanitar yardımların göndərilməsində mövcud olan problemləri Cenevrə sülh müzakirələrinə mənfi təsir buraxan digər məsələlərdən adlandırıb.
Kremlin sözçüsü həmçinin xəbərdarlıq edərək, deyib: bu problemlər görməməzliyə vurulmamalıdır.
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da çərşənbə axşamı terrorçuların Hələb əyalətində Suriya hökuməti əleyhinə olan əməliyyatlarına işarə edib və deyib: ABŞ və qiyamçılar Cenevrə sülh müzakirələrini uğursuzluğa uğratmağa çalışırlar.
Vaşinqton Suriya hökuməti əleyhinə Qərb-Ərəb cəbhəsini 5 il dəstəklədikdən sonra, Rusiyanın təklifi əsasında sülh müzakirələrinin başlanması üçün atəşkəsin bərqərar edilməsi ilə razılaşıb.
Suriyada atəşkəs 27 fevral 2016-cı il tarixindən bərqərar edilib.