Asiya xarici işlər nazirləri Çində bir araya gəlirlər
Apr 24, 2016 09:18 Asia/Baku
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə Konfransın V iclası 26 ölkə, o cümlədən İranın iştirakı ilə Çində keçiriləcək
İRNA-nın məlumatına görə, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Qurucu Tədbirlər üzrə Konfrans ölkələrin yüksək səviyyəli diplomatik rəsmiləri üçün siyasi və təhlükəsizlik konfransıdır.
Bu iclas həftənin çərşənbə və cümə axşamı günləri təşkil olunacaq.
Bu iclasın yaradılması üzrə plan 21 il öncəyə qayıdır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev 1992-ci ildə BMT Baş Assambleyasının 47-ci iclasında bu konfransın təşkil olunmasını irəli sürüb.
Hal-hazırda bu konfransın 22 üzvü vardır.