Ermənistanın Rusiyadn silah alması sürətləndirilib
https://azeri.sahartv.ir/news/dünya-i216199-ermənistanın_rusiyadn_silah_alması_sürətləndirilib
Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın verdiyi kreditlə Ermənistan ordusu üçün yeni silahların satın alınması sürətləndirilibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 25, 2016 05:00 Asia/Baku
  • Ermənistanın Rusiyadn silah alması sürətləndirilib
    Ermənistanın Rusiyadn silah alması sürətləndirilib

Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın verdiyi kreditlə Ermənistan ordusu üçün yeni silahların satın alınması sürətləndirilibdir.

Seyran Ohanyan bazar günü sonra belə deyib: Azərbaycan Respublikası və Ermənistan qüvvələrinin Qarabağdakı son döyüşləri bu ölkənin təhlkəsizlik gələcəyi üçün bir xəbərdarlıq olubdur.

Ohanyan həmçinin Ermənistan Müdafiə Nazirliyinin Qarabağ döyüşləri və atəşkəs razılaşmasının pozulması haqda təhqiqatlarının davam etməsini vurğulayıb.

Bu məlumata görə, Ermənistan və Rusiya arasında silah alqısı üzrə müqavilə fevral ayından icra edilir və ona əsasən, Rusiya iki yüz milyon dollarlıq kreditlə Ermənistanın ixtiyarına hərbi silahlar qoyacaq.

Bu müqavilənin icrası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin reaksiyası ilə üzləşib.

Qeyd edək ki, Bakı və İrəvan aprelin beşində dörd gün hərbi döyüşdən sonra Qarabağda atəşkəs barədə razılığa gəldilər. Bu razılaşmanın icrasından bəri iki ölkə dəfələrlə bir-birini atəşkəsi pozmaqda ittiham edibdir.