May 01, 2016 18:22 Asia/Baku
  • ABŞ polistinin kobudluğuna qarşı etiraz
    ABŞ polistinin kobudluğuna qarşı etiraz

Amerika polisinin kobudluqlarına qarşı etiraz edənlər Kaliforniya ştatının Sanfransisko şəhərinin polis rəisinin istefa verməsini tələb ediblər.

PressTV-nin verdiyi məlumata görə, Sanfransisko şəhərində aksiya iştirakçıları şəhərin polis qərargahı qarşısına toplaşaraq polisin kobud rəftarlarının qurbanları barədə ədalətin icrasını tələb ediblər.

Artıq 10 gündür ki, bir qrup etirazçı həmin polis qərargahı qarşısında oturaq aksiya keçirərək Polisin kobud hərəkətlərinin artdığına öz etirazını bildirir.

Teqlər