Ukrayna Rusiya əleyhinə sanksiyaların ağırlaşdırılmasını istədi
Ukrayna prezidenti Avropa Birliyinin Rusiya əleyhinə sanksiyaların ağırlaşdırılmasını istəyib.
İRNA-nın məlumatına görə, bəzi Avropa ölkələrinin Rusiya əleyhinə sanksiyaların ləğv edilməsinin vacibliyini vurğuladıqları bir halda, Ukrayna prezidenti Pyotr Poroşenko bazar günü bu birliyin Moskva əleyhinə sanksiyaların ağırlaşdırılmasını istəyib.
Poroşenko əlavə edib: Avropa ölkələrinin bəzi rəsmiləri hərdən bir Rusiya əleyhnə sanksiyaların təsirsiz olmasından söz açırlar. Lakin bəziləri bu sanksiyaların yararsız olduğunu düşünürsə, sanksiyaları ləğv etmək yerinə ağırlaşdırmaq lazımdır.
Ukrayna prezidenti deyib: Rusiya Minsk anlaşması üzrə öz öhdəliklərini yerinə yetirmədiyi zamana qədər bu ölkəyə sanksiya tətbiq olunmalıdır.
Pyotr Poroşenko şənbə günü də Rusiyanı Kiyev əleyhinə düşmənçilik siyasəti yürütməkdə suçlamışdı.